Avstraliya əsgər sayını artırmaq üçün xarici vətəndaşların da orduya cəlb ediləcəyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstraliya hərbçilərin təchizatı üçün mühüm addım atıb.
Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Donald Marles Avstraliya Silahlı Qüvvələrindəki 4400 nəfərlik boşluğu doldurmaq üçün addımlar atıldığını bəyan edib.
Ölkənin dünya ilə ticarəti səbəbiylə "xarici orduların təzyiqlərinə açıq" olduğunu ifadə edən Marles xarici ölkə vətəndaşlarının da orduya qatılmasına icazə veriləcəyini açıqlayıb.
Avstraliyada yaşayan Yeni Zelandiyalılar iyul ayından ABŞ, Böyük Britaniya və Kanadalılar da 2025-ci ilin yanvarından orduya qoşula biləcəklər.
Ayşən