Avstraliyada dəniz təyyarəsi qəzaya uğradı, ölən və yaralananlar var

DÜNYA
12:10 08.01.2025
100
Avstraliyanın Rottnest adası sahillərində havaya qalxdıqdan qısa müddət sonra dəniz təyyarəsinin uçuruma çırpılması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstraliya mətbuatı məlumat verib.
 
Məlumata görə, qəza nəticəsində avstraliyalı pilotun və İsveçrə və Danimarkadan olan iki turistin həlak olduğu bildirilib.
 
Qərbi Avstraliyanın baş naziri Rocer Kuk verdiyi açıqlamada, "Ölən 3 nəfərin cəsədi dalğıclar tərəfindən təyyarənin qalıqları altından çıxarılıb",- deyib.
 
Kuk qəzadan kədərləndiyini vurğulayaraq, hadisə ilə bağlı istintaq başladıldığını qeyd edib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR