Avstraliyada fövqəladə vəziyyət elan edildi - SƏBƏB

Avstraliyada fövqəladə vəziyyət elan edildi - SƏBƏB
DÜNYA
12:34 28.03.2024
141
Avstraliyanın şimal ərazisi əyalətinin Alis Sprinqs şəhərinin bəzi yerlərində zorakılıq hadisələri və xaos yaşanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Alis Sprinqs şəhərində baş verən şiddətli hadisələrdən sonra fövqəladə vəziyyət elan edilib və gənclərə 2 həftəlik qismən komendant saatı tətbiq ediləcəyi açıqlanıb. 

Aralarında gənclərin də olduğu təxminən 70 nəfərin bir işə kərpic və ya daş ataraq hücum etməsinin görüntüləri sosial mediada yayılmağa başlayıb. 

"The Guardian” xəbər verir ki, polis biznesə hücum edən 5 nəfəri saxlayıb və hücumda istifadə edilən 50-dən çox aləti müsadirə edib.
 
Bildirilib ki, şəhərin kənarındakı bir bölgədə oxşar zorakılıq hadisələri zamanı təxminən 150 nəfər iştirak edib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR