Avstraliyada Qarabağ həqiqətlərinin təbliği daha da genişləndiriləcək

Avstraliyada Qarabağ həqiqətlərinin təbliği daha da genişləndiriləcək
SOSİAL
16:13 21.05.2018
10982
Millət vəkili Qənirə Paşayeva Avstraliyada Azərbaycan və Türkiyə diaspor təşkilatların ilə görüşüb. Görüşdə Avstraliyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri və üzvləri iştirak edib.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan və Türkiyə həqiqətlərinin Avstraliya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan və Türkiyə diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunan millət vəkili Qənirə Paşayeva bu işdə birgə hərəkət etmənin vacibliyini qeyd edib.
 
Millət vəkili Qənirə Paşayeva harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının Avstraliyada və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının Azərbaycanın təbliğində, Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirmələrinin vacibliyini vurğulayıb. Avstraliyada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatları rəhbərləri görülən işlər, həyata keçirilən layhələr barədə geniş məlumatlar veriblər.
 
Millət vəkili Qənirə Paşayeva onlara uğurlar diləyib və həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Qarabağ həqiqətlərinin daha geniş yayılmasında həyata keçirdiyiniz layihələrdə hər zaman yanınızdayıq deyib
OXŞAR XƏBƏRLƏR