Avstraliyanın cənub-şərqində zəlzələ baş verib, dağıntılar var

Avstraliyanın cənub-şərqində zəlzələ baş verib, dağıntılar var
DÜNYA
18:21 22.10.2023
166
Avstraliyanın cənub-şərqində, Viktoriya ştatında 5,0 maqnitudada zəlzələ baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "9News” telekanalı məlumat yayıb.

Yeraltı təkanlar ştatın paytaxtı Melburndan Tasmaniya adasına qədər geniş ərazidə hiss olunub.

Telekanalın məlumatına görə, zəlzələ minlərlə insanı təşvişə salıb, yaşayış evləri və infrastruktur obyektlərinə ziyan dəyib.

Hələlik itkilər barədə məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR