Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı

Avstriya Azərbaycanlıları Cəmiyyəti Mehdi Hüseynzadəni andı
SOSİAL
17:46 20.12.2018
5218
Avstriya Azərbaycanlıları Cəmiyyəti Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib.

Xəbər verdiyimiz kimi, dekabrın 13-14-də Sloveniyada Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi (Mixaylo) Hüseynzadənin (1918-1944) anadan olmasının 100-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.

Dekabrın 14-də anım tədbirləri Mehdi Hüseynzadənin döyüş yolu keçdiyi və həlak olduğu Nova Qoritsa regionunda davam etdirilib. Nümayəndə heyəti yerli sakinlər və müharibə veteranlarının iştirakı ilə Şempas kəndində Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklil qoyub və onun xatirəsinə yaradılmış muzeylə tanış olub.

Daha sonra cəmiyyətin üzüvləri Mixaylonun 1944-cü ilin noyabrında alman nasistləri ilə ağır döyüşdən sonra həlak olduğu Vitovlye kəndinə baş çəkib, onun həlak olduğu ərazidə yerləşən xatirə lövhəsi önündə əklil qoyub, qəhrəmanın xatirəsini yad edib, Çepovan məzarlığında Mehdi Hüseynzadənin məzarını ziyarət edib.

Nova Qoritsa Universitetinin prorektoru Mladen Franko əfsanəvi kəşfiyyatçı Mixaylonun həyat və döyüş yoluna nəzər salıb, onun Adriatik dənizi sahillərindəki partizan fəaliyyətinə xüsusi diqqət ayırıb. Qeyd edilib ki, Mehdi Hüseynzadə İtaliyanın Udine regionunda alman əsirliyindən qaçaraq partizan hərəkatına qoşulub və Sloveniyanın Primorsk regionunda alman faşizminə qarşı mübarizə aparıb. Yuqoslaviya Xalq Azadlıq Ordusunun IX korpusu komandanlığının tapşırığı ilə Mixaylo Qradnik adına 31-ci diviziyanın qərargahı yanında kəşfiyyat-təxribat qrupu yaradıb və ona başçılıq edib. Onun qəhrəmanlığı, həyata keçirdiyi əməliyyatlar onu yerli əhalinin sevimlisinə, almanların isə qorxunc yuxusuna çevirib. 1944-cü il noyabrın 2-də Nova Qoritsa yaxınlığında yerləşən Solkan qəsəbəsindəki əməliyyatdan geri dönən Mixaylo Vitovlye kəndində alman hərbçiləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Əvvəlcə yaxınlıqdakı Şempas kəndində dəfn edilən Mixaylonun nəşi noyabrın 19-da silahdaşları və yerli əhali tərəfindən Çepovan məzarlığındakı qardaşlıq məzarına köçürülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı