Bəzi müxalif təşkilatlar, qeyri-hökumət təşkilatları düşünür ki, Azərbaycandan seçki ilə bağlı müsbət rəy üçün bizə rüşvət verilib. Bizim obyektiv hesabatımız haqqında belə düşünmələrindən təəssüflənirik.
AZXEBER.COM bildirir ki, bunu APA-ya Avstriya Parlamentinin üzvü Qorburq Volfanq deyib. O, bu gün 6 seçki məntəqəsində müşahidə apardığını deyib:
"Heç birində qanun pozuntusunun şahidi olmadıq. Deyə bilərəm ki, olduğumuz seçki məntəqələrində seçici fəallığı yüksək idi, artıq seçicilərin dörddə bir hissəsi səs vermişdi".