Avstriya rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib ölkədən çıxardı

Avstriya rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib ölkədən çıxardı
DÜNYA
03:46 01.10.2025
148
Avstriya OMV neft-qaz şirkətinin casusluqda şübhəli bilinən top-meneceri ilə görüşən rusiyalı diplomatı "persona non-qrata" (arzuolunmaz şəxs) elan edib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, rusiyalı diplomat ölkəni tərk edib.

Bildirilir ki, OMV şirkəti də Avstriya Dövlət Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin bir neçə aydır izlədiyi top-meneceri işdən çıxarıb.

Məlumata görə, şirkətin əməkdaşı Qərbin xüsusi xidmət orqanlarının Federal Təhlükəsizlik Xidmətinin agenti saydığı rusiyalı diplomatla görüşüb.

OMV-nin top-menecerinin evində aparılan axtarış zamanı məxfi sənədlər aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR