Avstriya səfirliyində İmadəddin Nəsiminin yaradıcılığına həsr olumuş musiqili gecə keçirildi

MƏDƏNİYYƏT
16:02 06.12.2024
614

Bu, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburgun xanımı Tran ThiKhanh Trangın təşəbbüsü ilə Şərq və Qərbi birləşdirən körpülər silsiləsindən ilk tədbir idi.

AZXEBER.COM xəbər verir ki, əslən Vyetnamlı olan xanım Trangın öz mənzilində böyük sevgiylə təşkil etdiyi bu tədbirin mövzusu -Nəsimi, onun ədəbi və fəlsəfi yaradıcılığı idi. Tədbirin digər təşkilatçısı isə ixtisasca həkim olan, ədəbi, fəlsəfi irsimizi sevib təbliğ edən, klassik ədəbi şəxsiyyətlərimiz, eləcə də, Nəsimi barədə geniş məlumata malik olan Arzu Rüstəmova idi.

O və rəhbərlik etdiyi Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə MərkəzininAvstriya səfirliyi ilə birgə dostluq yə əməkdaşlığı sayəsində böyük Nəsimi bir daha yad edildi, beynəlxalq auditoriyaya təqdim edildi.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları iştirak edirdilər. 

Nəsiminin "Neylərəm", "Sığmazam" və digər əsərləri Səbinə Ərəblinin təkrarsız ifasında məclisə sehrli bir ovqat verdi. Tədbirin məxsusi ruhu, fərqli mədəniyyət daşıyıcılarını ortaq bir nöqtədə valeh edə bilməsi, Nəsimi dühasına heyranlıq bir daha göstərdi ki, Qərb və Şərqi birləşdirən bu ortaq dəyərlər üzərindən yola çıxaraq dünyada bir çox ziddiyyətləri cözməkmümkündür.

Tədbirdə filologiya elmləri üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva çıxış edərək Nəsimi və hürufiliyin dinlər və millət arasındakı barışdırıcılığı təbliğ etdiyini, Nəsimi və mənsub olduğu hürufiliyin təsir dairəsinə Balkanlardan Hindistanadək böyük bir coğrafiyaya aid söz və fikir insanlarının daxil olduğunu vurğuladı. Nəsimi və hürufiliyin Azərbaycanla bağlı olub geniş coğrafiyada eşq fəlsəfəsini təbliğ etdiyini, bu eşqin Yaradanla birgə yaradılmışa da yönəlik olduğunu nəzərə çatdırdı. 

Tədqiqatçı hürufiliyin Qərb, xüsusilə yunan fəlsəfəsindən təsirlənməklə yanaşı, özündən sonra geniş coğrafiyada nüfuz dairəsi yaratmasına da diqqəti çəkdi.

Bir sözlə, Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburg və xanımı Tran Thi Khanh Trangın böyük qonaqpərvərliklə səfirliyin iqamətgahında keçirdikləri bu məclis sözün əsil mənasında, elm, ədəbiyyat, fəlsəfə, incəsənət keçəsinə çevrildi. Bütün bunların vəhdətindən yaranmış Nəsimi poeiyasının bəşəri dəyrləri, birləşdirici, sülhpərvər mahiyyəti vurğulandı.

Tədbirin təşkilində zəhmməti keçən "Uşaqların Sağlam Gələcəyi” İB-nin rəhbəri, gözəl ziyalımız, həkim Arzu xanım Rüstəmovaya cənab səfirə, onun xanımına, digər səfirliklərdən gələn qonaqlara dərin minnətdarlığını bildirərək, qeyd etdi ki, xalqlar bir birlərini tanıması, yaxınlaşmağa mədəniyyətlər arasında körpülər qurmaqla başlamalıdırlar.

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır