Avstriya yığmasının daha bir futbolçusu Azərbaycanla oyunu buraxacaq

İDMAN
18:43 11.10.2023
219
Avstriya yığmasının daha bir futbolçusu AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycan millilərinə qarşı keçiriləcək oyunları buraxacaq.

Bu dəfə mərkəz müdafiəçisi Qernot Trauner sıradan çıxıb.

Niderlandın "Feyenoord” klubunun üzvü dizindəki zədə ucbatından yığmanın düşərgəsini tərk edib. Bununla baş məşqçi Ralf Ranqnikin xidmətindən məhrum olduğu oyunçuların sayı 6-ya yüksəlib. Traunerə qədər David Alaba, Stefan Poş, Marko Arnautoviç, Kərim Onisivo və Filipp Mvenenin də qarşıdakı matçlarda iştirak etməyəcəkləri dəqiqləşmişdi.

Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR