Avstriyadakı bir əməliyyat tibb ictimaiyyətində böyük əks-səda doğurub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qadın neyrocərrah qızına təcili əməliyyatda iştirak etməyə və xəstənin kəllə sümüyündə deşik açmağa icazə verib.
Əməliyyat uğurlu alınıb, lakin tibbi etika ilə bağlı ciddi suallar doğurub.
Hadisədən sonra əməliyyatda iştirak edən cərrah və mütəxəssisin xəstəxana tərəfindən işdən çıxarıldığı bildirilib.
Xəstə başına gələnləri ancaq xəbərdən öyrənə bilib və şoka düşüb.
Xəstənin vəkili vəziyyəti sərt şəkildə tənqid edib.
Xəstəxana rəhbərliyi araşdırmanın hələ də davam etdiyini açıqlayıb, lakin hələlik qızın əməliyyatda həqiqətən iştirak etdiyinə dair konkret sübut tapılmayıb.
Rəhbərlik də baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib, üzr istəyib və məsələnin tam işıqlandırılması üçün bütün imkanları ilə çalışdıqlarını vurğulayıb.
Mikayıl