Avstriyada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq

Avstriyada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq
DÜNYA
20:11 25.05.2022
320
Avstriyanın paytaxtı Vyanada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Vyana meri Mixael Lüdviq feysbukda bildirib.

Belə ki, iyunun 1-dən koronavirusa qarşı məhdudiyyətlər çərçivəsində məcburi maska taxılması tələbinın müddəti uzadılır.

"Pandemiya hələ bitməyib. Vyanada ictimai nəqliyyatda, apteklərdə, həkim məntəqələrində və xəstəxanalarda FFP2 tipli maskanın taxılması məcburi olaraq qalır", - Lüdviq qeyd edib.
OXŞAR XƏBƏRLƏR