Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək

Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
DÜNYA
18:20 03.07.2022
299
İyulun 3-4-də Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq və daxili işlər naziri Gerhard Karner Türkiyəyə səfər edəcək.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avstriyalı nazirlər öz həmkarları Mövlud Çavuşoğlu və Süleyman Soylu ilə görüşəcəklər.

Görüşlərdə regional məsələlər, xüsusilə qeyri-qanuni miqrasiya, terrorla mübarizə və Ukraynadakı proseslər müzakirə ediləcək.
OXŞAR XƏBƏRLƏR