"Ukraynaya yaxın gələcəkdə Avropa İttifaqına üzvlüyü təklif edilməməlidir".
AZXEBER.COM Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Lex-am-Arlberqdə keçirilən 14-cü Avropa Media Sammitində çıxışı zamanı deyib.
Nazir hesab edir ki, Prezident Volodimir Zelenskinin gözlədiyi kimi, iyun ayında Ukrayna namizəd statusu almamalıdır. Şallenberq fikrini onunla izah edib ki, Qərbi Balkan dövlətləri var ki, onlar namizədlik üçün uzun yol qət ediblər.
"Ukrayna, prinsipcə, gələcəkdə Aİ-nin tamhüquqlu üzvü olmamalıdır", deyə nazir bildirib.