Avtobus ahıl qadını vurdu - Piyada zolağında - FOTO

Avtobus ahıl qadını vurdu - Piyada zolağında - FOTO
SOSİAL
10:28 23.11.2017
1654
Bakıda ahıl qadını sərnişin avtobusu vuraraq öldürüb

AZXEBER.COM "Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə piyada zolağından keçmək istəyən 1963-cü il təvəllüdlü Paşayeva Şahzadə Qoçu qızını dayanacağa daxil olan 65 nömrəli sərnişin avtobusu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. Sürücü saxlanılıb.







OXŞAR XƏBƏRLƏR