Sərnişinləri Yosemit Milli Parkından Kaliforniya ştatına aparan avtobus qəzaya uğrayıb.
AZXEBER.COM-un məlumatına görə, 16 nəfər xəsarət alıb.Avtobusda əksəriyyəti yaşlılar olmaqla 17 nəfər olub.
Polisin sözlərinə görə, saatda 64 km sürətlə hərəkət edən sürücü idarəetməni itirərərək ağaca çırpılıb.Xəsarət alanların hamısı xəstəxanalara yerləşdiriliblər.