Avtobus dərəyə düşdü: 20 nəfər öldü

DÜNYA
11:23 14.09.2014
10328
Peruda sərnişin avtobusu dərəyə düşüb, nəticədə 20 nəfər ölüb, 11 nəfər xəsarət alıb.AZXEBER,COM-un “UNN”-ə istinadən verdiyi xəbərə görə, insident ölkənin cənubundakı Apurimak əyalətində baş verib. Naska əyalətindən yola düşən avtobus qəza nəticəsində 200 metr dərinliyi olan dərəyə yuvarlanıb.

Sərnişinlərin hamısı dini bayramda iştirak etmək üçün Kuskoya gedirmiş.

Yaralılar qəza şahidləri tərəfindən xəstəxanalara çatdırılıb. Hadisə yerində cəsədlərin axtarışı davam etdirilir.

Qəzanın səbəbləri hələlik məlum deyil.

OXŞAR XƏBƏRLƏR