Avtobus gözləyən qadını qətlə yetirib intihar etdi

DÜNYA
12:49 02.12.2024
142
Səkidə gözləyən Selma Tarcanı tapança ilə 8 dəfə atəş açaraq öldürən Yücel Kömlek adlı şəxs eyni silahla intihar edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
 
Hadisə yerli saatla 08:00 radələrində baş verib.
 
Belə ki, Yücel Kömlek (51 yaş) küçədə avtobus dayanacağı yaxınlığında səkidə gözləyən Selma Tarcana (46 yaş) yaxınlaşaraq yanında olan silahla 8 dəfə atəş açıb.
 
Boyun, çiyin və ayaq nahiyələrinə dəyən 5 güllə ilə Tarcan hadisə yerində həyatını itirib, şübhəli isə eyni silahla intihar edib.
 
Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Hadisə ilə bağlı araşdırmaya  başlanılıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR