Türkiyədə avtobus sürərkən sürücünün kitab oxuması sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.Taşdelen - Çekmeköy arasındakı yolda hərəkət edən avtobusun sürücüsü əvvəlcə telefonla danışır. Daha sonra isə əlindəki kitabı oxumağa başlayır. Bir gözü yolda, bir gözü kitabda olan sürücünü bu vəziyyətdə bir sərnişin videoya çəkib.Sosial şəbəkələrdə sürücünün bu addımı tənqid edilib və sərnişinlərin təhlükəsizliyi üçün müvafiq qurumların tədbir görməsini istəyiblər.