"Əgər Olimpiya Oyunları dövründə sərnişindaşıma ilə məşğul olan hər hansı fiziki və ya hüquqi şəxs, sahibkar verilən tapşırığı yerinə yetirməsə, onların lisenziyası ləğv ediləcək, işlər onların öhdəsindən layiqincə gələn sahibkarlara həvalə olunacaq".AZXEBER.COM məlumatına görə, bunu Trend-ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov deyib.Onun sözlərinə görə, Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəhbərliyi tərəfindən fevralın 11-də geniş müşavirə keçirilib. İclasda birmənalı şəkildə qeyd edilib ki, Olimpiya Oyunları zamanı xidmət göstərəcək və sərnişindaşıma ilə məşğul olan nəqliyyat və qeyri-nəqliyyat vasitələri texniki cəhətdən saz, tam təmirili, sürücülər isə xüsusi geyim formasında olmalıdırlar.