Avtobus sürücüsünə tüpürərək müsəlmanları təhqir etdi

DÜNYA
14:23 09.08.2024
178
İngiltərədə bir nəfərin avtobus sürücüsünə tüpürüb müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə görüntülər Müsəlmanlara Qarşı Zülm Sənədləri (DOAM) adlı platformanın X hesabında paylaşılıb.

"Sən terrorçusan, avtobusdan düş" deyərək qışqıran şəxsin avtobusa minərək sürücünün kabinəsinə dəydiyi görünür.

Qeyd edək ki, iyulun 29-dan ekstremistlərin törətdiyi küçə insidentlərində Böyük Britaniyada müsəlmanlar və müsəlman qurumları hədəfə alınıb.

Soutport şəhərində 17 yaşlı Aksel Rudakubananın 3 uşağı öldürməsi, 8-i uşaq olmaqla 10 nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra başlayan ifrat sağçı zorakılıq bütün ölkəyə yayılıb.

Ekstremistlərin polis və əks fikirdə olanlarla toqquşması, evlərə, iş yerlərinə, avtomobillərə, məscidlərə və polis maşınlarına ziyan vuran hadisələrə görə 483 nəfər saxlanılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR