Avtobus sürücüsünü döyən general oğlunun cinayət işi: videogörüntüləri kim gizlədib?

Avtobus sürücüsünü döyən general oğlunun cinayət işi: videogörüntüləri kim gizlədib?
SOSİAL
14:56 09.05.2018
6112

Avtobus sürücüsünü döyən general oğlu yenidən məhkəmə önünə çıxarılıb.

Bakıda xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov aldığı cəzadan narazı qalıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən general oğlu apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Məhkəmə prosesində için istintaqını aparan müstəntiq Məhəmməd Tağıyev şahid qismində dindirilib. O, vəkillərin suallarını cavablandırıb.

Müstəntiq bildirib ki, şahidlərin dindirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməyib: "Onlara hüquqları izah edilir. İfadələrini oxuyandan sonra imza atıblar. Şahidlər bizə nə ifadə veribsə, biz də o cür onları yazmışıq".

General oğlunun vəkili Kamandar Nəsibov bildirib ki, bəzi şahidlər latın əlifbasını bilmədiklərini deyirlər: "Onlar latın qrafikasını bilməyə-bilməyə necə oxutdurmusuz?"

Müstəntiq cavab verib ki, şahidlərə ifadələri oxunub və elan edilib: "İlkin istintaq zamanı insanlar bir-birinə qarşı aqressiv olurlar, hər şeyi danışırlar. Hətta onlar ilkin məlumatlarda silah olduğunu desələr də, sonradan bundan imtana ediblər. Mən yenə də qeyd edirəm ki, şahidlərin heç bir hüququ pozulmayıb. Nə danışıblarsa, yazılıb".

Məhkəmədə şahidlərin ifadələri elan edib. Müstəntiq onu da qeyd edib ki, hadisə ilə bağlı videogörüntülərlə bağlı sorğu verilsə də, həmin görüntülər əldə edilməyib: "Hadisə baş verən gün sorğu verdim. 1 həftə istintaqı apardıqdan sonra o iş başqa bir müstəntiqə həvalə edilib".

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün vaxt istəyib. Məhkəmə mayın 24-ə təyin edilib.

Bildirək ki, hadisə zamanı Pərviz və Kənan adlı şəxslər də general oğlunun yanında olublar. Onlar Orucovun dostlarıdır və hadisə zamanı onun avtomobilində olublar. Hər ikisi barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Məhkəmənin hökmü ilə onlar məhkəmə zalında həbs ediliblər.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, bu il iyulun 3-də R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək, sərnişinlərin narahatçılığına səbəb olub. O, insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Məlumata görə, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bu hadisədən sonra R.Orucovun atası general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilib.

musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO