Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı

Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı
SOSİAL
11:26 13.03.2026
249
Sosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən "Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən AZXEBER.COM-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.

Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.
OXŞAR XƏBƏRLƏR