Avtobusa minmək istəyən qadın yıxılaraq öldü

Avtobusa minmək istəyən qadın yıxılaraq öldü
SOSİAL
14:43 28.10.2016
1364

 

Gəncə şəhərində bədbəxt hadisə baş verib.

Hadisə bu gün şəhərin "Mərkəzi Bazar" adlanan ərazisində qeydə alınıb. Şəhər sakini, 1940-cı il təvəllüdlü Mahizər Əliyeva avtobusa minmək istəyərkən yıxılıb. Başı yerə dəyən qadın hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


///APA
OXŞAR XƏBƏRLƏR