Avtobusda sevgilisini güllələdi, daha sonra intihar etdi – VİDEO

DÜNYA
00:42 11.12.2014
1558

Türkiyədə dəhşətli ölüm faktı qeydə alınıb.

Belə ki, avtobusda bir nəfər keçmiş sevgilisini vuraraq öldürüb. Həmin görüntülər təhlükəsizlik kameralarına əks olunub.

Martın 6-da baş verən hadisədə Mehmet E. adlı şəxs barışmaq istədiyi keçmiş sevgilisi Özge G. (19) ilə Topkapıda görüşüb. Görüş zamanı Özge G. sevgilisinin barışmaq cəhdlərinə qarşı çıxıb və aralarında mübahisə başlayıb. Evinə getmək üçün avtobusa minən Özge G-nin arxasınca Mehmet E. də eyni avtobusa minib. Cütlüyün mübahisəsi avtobusda da davam edib. Gənc qızın yumruq atmasına əsəbiləşən Mehmet E. avtobus dayanacağa çatanda belindəki silahı çıxararaq atəş açmağa başlayıb. Avtobusdakıların arasında sevgilisinə 3 dəfə atəş açan Mehmet E. sonra qaçıb.

Təcili yardımla xəstəxanaya aparılan Özge G. bir gün sonra həyatını itirib. Cinayətkar Mehmet E. də eyni gecə özünü asaraq intihar edib. (atvxeber.az)

OXŞAR XƏBƏRLƏR