Avtobusların qapısını açıq qoyan sürücülər cəzalandırılacaq?

MARAQLI
16:38 17.06.2011
1736

AZXEBER.COM xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bunun yolverilməz olduğunu bildirib:

«Sürücülər qapıları yalnız sərnişinlərin minib-düşdüyü zaman aça bilər. Avtobusu qapısı açıq sürmək qəti qadağandır. Belə hallarla üzləşən sərnişinlər Nəqliyyat Nazirliyi yanında «Avtonəqliyyatservis» Departamentiin «qaynar xətt»inə (567-85-21) müraciət edə bilər. Bu halda sürücüləri işdən qovulmağadək ağır cəza gözləyir».

Bakı şəhər Yol Polisi İdarəsinin rəsmisi Vaqif Əsədov isə belə hala yol verən sürücüləri 10 manatdan 20 manatadək cərimə gözlədiyini bildirib.

 

OXŞAR XƏBƏRLƏR