Avtobuslarda gediş haqqını bank kartları ilə də ödəmək mümkün olacaq

SOSİAL
16:57 25.03.2016
1910

"BakuBus" nəqliyyat şirkətinin avtobuslarında gediş haqqını təmassız ödənişlərlə təchiz edilmiş "PayWave" və "PayPass" kredit kartları vasitəsilə də ödəmək mümkün olacaq.

Bunu Trend-ə "BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, layihə "BakıKart" layihəsinin növbəti inkişaf mərhələsində reallaşdırılacaq.

C.Əliyev qeyd edib ki, təmassız kart sahiblərinə "BakıKart"ı əldə etmək lazım olmayacaq, çünki gediş haqqının ödənişi kredit kartının balansından həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR