Avtobuslarda maska taxmayan sürücü və sərnişinlər cərimələndi

Avtobuslarda maska taxmayan sürücü və sərnişinlər cərimələndi
SOSİAL
18:40 23.09.2021
344
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda nəzarət tədbirlərini gücləndirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi, pandemiya dövrünün tələblərinə laqeyd yanaşdığı aşkarlanıb.

Mövcud qaydalar bir daha onların diqqətinə çatdırılıb və barələrində intizam tənbeh tədbirləri görülüb.
OXŞAR XƏBƏRLƏR