Avtobuslarda qiymətlər 30, metroda isə 20 qəpiyə qaldırılır ?!

MARAQLI
21:00 17.06.2011
2135

Onun sözlərinə görə, yeniliklər sırasına bütün dayanacaqlara, avtobuslara və hətta taksilərə kameraların quraşdırılması, avtobusların hərəkət qrafikinin sərnişinlər və avtobus gözləyənlər tərəfindən izlənməsi, yolların və dayanacaqların sıxlığının monitorinqinin aparılması və s. aiddir.

Nazir qeyd edib ki, bu yeniliklərin tətbiqindən sonra ictimai nəqliyyatda gediş haqlarına yenidən baxıla bilər. Gediş haqlarının dəyişməsi isə artım istiqamətində olacaq: «Əhalinin rifah səviyyəsi yüksəldikcə, ictimai nəqliyyatda çalışan şirkətlər də bu sahəyə investisiya yatırmaq üçün maraqlı olmalı və gəlir əldə etməlidirlər. Bu sistem tətbiq olunandan sonra gediş haqlarının plastik kartlar vasitəsilə ödənişinə də başlanacaq».

Ziya Məmmədov gediş haqlarının bu ilin sonunadək artırılacağını da istisna etməyib. Onun sözlərinə görə, Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminin bu ilin sonunadək - sentyabr-noyabr aylarında işə salınması gözlənilir.

Qeyd edək ki, sonuncu dəfə ictimai nəqliyyatda gediş haqları 2007-ci ildə 10 qəpikdən 20 qəpiyə qədər bahalaşıb.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl plastik kartlara keçidlə əlaqədar qiymətlərin qalxmasını heç bir iqtisadi prinsipə əsaslanmadığını deyir: «Bir neçə il öncə də qiymətləri qaldıranda xidmətin keyfiyyətinin yüksələcəyini demişdi. Amma hər hansı bir keyfiyyətli xidmət yaradılmadı. Həmçinin yüksək keyfiyyətli xidmətin təşkili ictimai nəqliyyat gediş haqlarının bahalaşmasına əsas vermir. Belə xidməti yaratmaq Nəqliyyat Nazirliyinin borcudur. Onsuz da indiki tarfilər yüksəkdir».

Z.İsmayıl hesab edir ki, qiymət artımına səbəb yığılan pullarda oğurluq hallarının mümkün olmayacağı ilə bağlıdır: «Plastik kartlar vasitəsil sərnişinlərin ödədikləri vəsaitləri oğurlaya bilməyəcəklər. Gələn gəlirlərinin azalmaması üçün gediş haqlarını artırmaqla bunu kompensasiya edəcəklər».

«Azərbaycanda gediş haqları region ölkələrlə müqayisədə ucuz hesab edilə bilməz. Ukrayna, Gürcüstan və Ermənistanda da qiymətlər bu civardadır. Lakin bu ölkələrin hamısında bilet sistemi var. Azərbaycanda isə Nəqliyyat Nazirliyi elementar bilet sistemini tətbiq edə bilmir. Bu, onun iflasıdır» deyə ekspert vurğuladı. Birliyn sədrinin sözlərinə görə, büdcə hesabına alının avtobusların və taksilərin özəl şirkətlərə hansı prisinlər əsasında verilməsi məlum deyil: «Bütün sahələrdə olduğu kimi bu istiqamətdə də qeyri-şəffaflıq hökm sürür».

Növbəti bahalaşmanın Bakı Metropolitenində olacağını deyən ekspert, təklifə kompleks baxılacağını deyir: «Mən düşünürəm ki, ictimai nəqliyyatlarda gediş haqqı 30 qəpik, metroda 20 qəpiyə qaldırılacaq. Bununla əhalinin gəlirlərinidə bu istiqamət üzrə xərclər 50 faiz artacaq. Təəssüf ki, Azərbaycanda tələbələr üçün heç bir güzəşt yoxdur. Ona görə də qiymət artımı onlara daha çox təsir göstərəcək».

 

/// bizimyol

OXŞAR XƏBƏRLƏR