Yəni görüntülər ümumilikdə 3 saat ərzində kameramıza tuş gələn "Baku Busa"a məxsus 5 fərqli marşruta aid avtobuslardandır.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, sərnişinlər deyirlər ki, bu vəziyyəti artıq adi qarşılayırlar. Çünki, səbəb olaraq onlara sürücülər deyirlər ki, "normal haldır, kondisionerin suyudur".
Məsələ ilə bağlı "BakuBus" MMC-yə müraciət etdik. Qurumdan bildirildi ki, gündəlik xəttə çıxan bütün avtobuslar marşrut üzrə hərəkətə başlamazdan əvvəl zəruri texniki baxışdan keçirilir. Lakin kəskin temperatur dəyişiklikləri və digər istismar amilləri bəzən texniki nasazlıqlara səbəb ola bilər. Nəqliyyat vasitəsinin iqlimləndirmə sistemində hər hansı nasazlıq aşkar edildikdə, həmin avtobus dərhal xəttdən ayrılır və texniki xidmət üçün depoya göndərilir. Avtobusun yenidən xəttə buraxılması isə yalnız tam təmir prosesi və test mərhələsi uğurla başa çatdıqdan sonra təmin edilir. "Sərnişinlərdən xahiş edirik ki, avtobusda kondisioner işləyərkən pəncərələri açmasınlar. Pəncərələr açıq qaldıqda kondisioner sistemi həddindən artıq yüklənərək güclü kondensasiya yaradır ki, bu da qeyd edilən problemə səbəb olur", - deyə açıqlamada bildirilib.











































