Avtomobil 10 yaşlı uşağı vuraraq öldürdu

Avtomobil 10 yaşlı uşağı vuraraq öldürdu
SOSİAL
14:58 02.06.2022
383
Qubada avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb.

Hadisə Quba şəhərində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil hərəkətdə olan zaman rayon sakini, 2012-ci il təvəllüdlü Süleymanlı Səlahəddin Süleyman oğlunu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan uşaq Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR