Avtomobil 6 yaşlı uşağın üstündən keçdi

SOSİAL
16:24 08.06.2016
3747
Balakəndə dəhşətli yol-nəqliyyat hadisəsi verib.
AZXEBER.COM bildirir ki, Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes Vita" markalı avtomobil yol kənarında atası ilə birgə hərəkətdə olan, 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.
Xəstəxanadan APA-ya bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR