Avtomobillərin yeni ehtiyat hissələrinin bazarında azalması müşahidə edilir.
Buna səbəb nədir?
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, avtomobil ustası Cəlil Əhmədov deyir ki, səbəblər arasında sürücülərin ikinci əl ehtiyat hissələrinə daha çox üstünlük verməsidir. Xüsusilə bahalı avtomobillərin ehtiyat hissələrinin qiyməti sürücüləri alternativ seçimlərə yönəldir.
Cəlil usta hesab edir ki, ikinci əl ehtiyat hissəsinə artan tələb yeni detalların alıcılıq qabliyyətinə ciddi təsir edib.
Usta hesab edir ki, ikinci əl ehtiyat hissəsi mühərrikdəki detallar və əsasən də elektron sensorlar üçün çox əlverişlidir. Lakin alt işlək hissələrdən xüsusən də əyləc sistemində yenisinə üstünlük verilməsi daha yaxşı olar.











































