Lənkəranda yol qəzası olub, biri ağır olmaqla iki nəfər xəsarət alıb.
"VAZ-2107" markalı avtomobil ilə "Muravey" markalı motosikletin toqquşması zamanı sonuncunun sürücüsü və sərnişini yaralanıb. Bunlar şəhər sakini, Qurban Abbasov və rayonun Ürgə kənd sakini, Samir Şiriyevdir.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəsarət alanlardan sürücü Q. Abbasovun vəziyyəti daha ağır qiymətləndirilir. Hər iki şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.