Avtomobil qaçıran Xırdalan sakinləri saxlanıldı

Avtomobil qaçıran Xırdalan sakinləri saxlanıldı
SOSİAL
18:20 18.04.2020
1124

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-nə keçən gecə Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini M.Qarayevə məxsus "Mercedes” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı NBPİ Biləcəri XPŞ-nin Keşlə Xətt Polis Məntəqəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıblar.

OXŞAR XƏBƏRLƏR