Avtomobil qaz xəttini qırdı, şəhərin bir hissəsi qazsız qaldı - VİDEO

Avtomobil qaz xəttini qırdı, şəhərin bir hissəsi qazsız qaldı - VİDEO
SOSİAL
09:38 24.12.2021
204
İmişlidə qoşqulu avtomobilin qaz kəmərini qırması nəticəsində sakinlər qazsız qalıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində yerləşən Olimpiya kompleksinin yaxınlığında baş verib.

Kənd təsərrüfatı texnikası daşıyan ağır tonnajlı qoşqulu avtomobilin qaz kəmərini qırması nəticəsində şəhərin bir hissəsinin qaz təchizatı kəsilib.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR