Samur - Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.
Avtomobil sudan çıxarılsa da ,Abusət Əliyev tapılmayıb. Axtarışlar davam edir.
Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən Müharibəsi iştirakçısıdır.