Avtomobil xəstəxananın hasarını aşırdı - VİDEO

Avtomobil xəstəxananın hasarını aşırdı - VİDEO
09:30 27.03.2013
779
Şər vaxtı Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BMV markalı avtomobil Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasının hasarına çırpılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxananın giriş hissəsinin bir tərəfi uçaraq tamamilə yararsız hala düşüb.Burada qəzadan sonra heç bir təmir işləri aparılmayıb. 3 saylı şəhər klinik xəstəxananın təssərüfat işləri üzrə müavini bildirib ki, hadisə gecə saat iki radlərində baş verib. Ərazi üzrə polis əməkdaşları da hadisə yerində olub.Qeyd edək ki, hadisə nəticəsində xəstəxananın gecə mühafizəçisinin əyləşdiyi məkan da ziyan görüb. Avtomobilin zərbə ilə hasara çırpılması nəticəsində mühafizəçinin əyləşdiyi otağın pəncərələri sınıb və otaqda olan işçi başından zədə alıb.//anspress
OXŞAR XƏBƏRLƏR