Avtomobil yaşlı qadını vuraraq öldürdü

Avtomobil yaşlı qadını vuraraq öldürdü
SOSİAL
23:23 18.09.2022
260
Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AZXEBER.COM "report"a istinadən bildirir ki, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini Əliyəddin Həmzə oğlu Zeynalov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1963-cü il təvəllüdlü Telli Hacıbala qızı Eyvazovanı vurub. Nəticədə 59 yaşlı qadın aldığı ağır xəsarətlərdən ölüb.

Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR