Avtomobili addan ada keçirmək üçün bu rüsumlar tutulacaq - QİYMƏTLƏR

Avtomobili addan ada keçirmək üçün bu rüsumlar tutulacaq - QİYMƏTLƏR
SOSİAL
17:18 10.09.2020
27660
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılması barədə məlumat vermişdik. Dəyişikliyə əsasən, avtomobillərin özgəninkiləşdirilməsi üçün dövlət rüsumunun müəyyənləşdirilməsi qaydası dəyişir.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, avtomobilin addan ada keçirilməsi ilə bağlı yeni rüsumlar barədə nəqliyyat eksperti Ərşad Hüseynov açıqlama verib:

"Avtomobillərin addan ada keçirilməsi (özgəninkiləşdirilməsi) ilə bağlı rüsumların dəyişdirilməsi barədə məlumat yayılıb. Milli Məclisin komitəsində müzakirə edilən layihə əlimizdə olmadığından tam dəqiq şərh vermək bir az çətindir. Amma yayılan məlumatdan aydın olur ki, 3 istiqamətdə dəyişiklik nəzərdə tutulur:

Birinci dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi (addan ada keçirilməsi) zamanı tutulan, mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halına aid edilməyək. Məlumdur ki, addan ada keçirilmə zamanı aşağıdakı rüsumlar tutulur:
- qeydiyyat şəhadətnaməsinin rüsumu (25 manat);
- nömrənin rüsumu - 22 manat (bəzi nömrələrin hərracdan satılması tətbiq edildikdən sonar 35 manat olacaq);
- texniki baxışın rüsumu (əgər texniki baxış keçirilməlidirsə) - 30 manat;
- qeydiyyat rüsumu - yük avtomobilləri, avtobuslar üçün, habelə minik avtomobili hüquqi şəxs tərəfindən özgəninkiləşdiriləndə 10 manat, minik avtomobili fiziki şəxslər tərəfindən özgəninkiləşdiriləndə isə mühərrikin iş həcmindən və avtomobilin istehsal ilindən asılı olan məbləğ (bu, təxminən 10-1500 manat arasında ola bilər). Təklif olunan dəyişiklik layihəsi qəbul edilsə, sonuncu göstərilən rüsum yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlama halınada cəmi 10 manat olacaq (yəni minik avtomobilinin mühərrikinin iş həcmindən və istehsal ilindən asılı olmayacaq).
Dəyişdirilən ikinci məsələ ondan ibarətdir ki, minik avtomobillərinin fiziki şəxslər tərəfindən özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmi ləğv ediləcək. Qüvvədə olan qanuna əsasən, bu rüsumu Nazirlər Kabineti hər il üçün ayrıca müəyyən etməlidir. Hazırda NK-nın bu barədə 31 iyul 2018-ci il, № 336 Qərarı var. Onsuz da bu qərar 2020-ci il üçün yenilənmədi. Dəyişiklik qüvvəyə minsə, yəqin ki, elə bu qərar uzunmüddətli olacaq. Daha bir düzəliş "özgəninkiləşdirmə" ifadəsinin nəyi ehtiva etməsinin dəqiqləşdirilməsi olacaq. Bu ifadənin təcrübədə birmənalı tətbiqi üçün buna da ehtiyac var. Beləliklə, yayılan məlumatda rusumların artması barədə heç nə deyilmir, hətta əksinə, yaxın qohuma bağışlamada rüsum əhəmiyyətli dərəcədə azalacaq. Hər bir halda gözləyək, görək, həmin layihə nə vaxt rəsmi dərc olunacaq. Onda hər şey daha aydın olacaq".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb