Avtomobili yanan jurnalist - AZXEBER.COM-a danışdı

MAQAZİN
12:43 30.03.2015
1694
Ötən gün ağır yol qəzasına düşən Azad Azərbaycan televiziyasının əməkdaşı Vüqar Kamiloğlu vəziyyətinin yaxşı olduğunu bildirib.Bu barədə AZXEBER.COM-a danışan jurnalist, bədəninin çox pis ağrıdığını deyib: "Telefonla güclə danışıram. Halsızam. Şükülər olsun Allah məni sevdiklərimə bağışladı. İndi yaxşıyam. Sadəcə bir qədər dincəlməyə ehtiyacım var"Qeyd edək ki, Nərimanov rayonunda "VAZ-2107" markalı minik maşını V.Kamiloğlunun idarə etdiyi “Chevrolet”ə çırpılıb. Qəza zamanı “Jiquli”nin sürücüsü dünyasını dəyişib. “Chevrolet” markalı minik avtomobilində isə güclü yanğın baş verib. Vüqar son anda maşından çıxaraq xilas ola bilib. 
OXŞAR XƏBƏRLƏR