Avtomobili yanan müğənnidən açıqlama - FOTO

MAQAZİN
14:30 28.06.2013
2734
Müğənni Zarina Məmmədovanın avtomobili bu gün gecə yanıb.Müğənninin mətbuat katibi Türkan Məmmədlinin Hadisə gecə saatlarında baş verib: “Maşın yanan zaman Zarina yatmış olub. Buna görə də, onun bundan xəbəri olmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib. Zarina indi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dövlət imtahanındadır. Çıxsın, rəsmi açıqlama yayacayıq. Hələki hadisə bizə də müəmmalı qalıb. Araşdırmalar aparılır”.Hadisənin qəsdən törədilməsi barədə sualına isə T.Məmmədli belə cavab verib: “Bununla baglı açıqlama verəcəyik. Ancaq hələ ki, dəqiq məlumat yoxdur”.Qeyd edək ki, müğəninin “Toyota RAV4” markalı avtomobilinin qiyməti 40 min manat dəyərində olub.//movqe.az

OXŞAR XƏBƏRLƏR