Avtomobilin baqajında rayona getmək istəyən şəxslər postda saxlanıldı - VİDEO

Avtomobilin baqajında rayona getmək istəyən şəxslər postda saxlanıldı - VİDEO
SOSİAL
10:33 29.06.2020
1366
Sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib. 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) AZXEBER.COM-a verilən məlumata görə, iyunun 28-i gecə saat 00:40 radələrində "Mercedes" markalı 90-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu maşının baqaj hissəsində Bakı şəhər sakinləri - Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb.
 

OXŞAR XƏBƏRLƏR