01:46 Bazar Günü, 15 Dekabr 2019
İQTİSADİYYAT

"Avtomobillər üçün kredit şərtləri asanlaşdırılsın" - Deputatdan təklif

13:09, 13.11.20194174
Yol qəzalarının səbəbləri bəzən köhnə avtomobillərlə bağlı olur. Buna görə də Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var. 

Bunu deputat Şahin İsmayılov Milli Məclisin iclasında deyib. 

O bildirib ki, əhalinin yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır. Deputat qeyd edib ki, əhalinin avtomobil alması üçün kredit şərtləri asanlaşdırılmalıdır.  

Ş.İsmayılov onu da təklif edib ki, elektriklə işləyən avtomobillər üçün gömrük rüsumları aradan qaldırılmalıdır.
 
///Oxu.Az
XƏBƏR LENTİ