Avtomobillərin dövlət nömrə nişanları üçün rüsumların məbləği artırılır - CƏDVƏL

İQTİSADİYYAT
16:13 18.12.2012
3948

Azərbaycanda avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanlarının verilməsi üçün tələb olunan rüsumun məbləği artırılacaq. Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə qeyd olunur ki, rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyat nişanlarının verilməsinə görə tələb olunan dövlət rüsumunun məbləği 18 manatdan 22 manata qaldırılır. Həmçinin, rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsumun məbləği 22 manat müəyyənləşdirilir.

Qeyd edək ki, rəqəm və ya hərflərin kombinasiyası üzrə rüsumlar aşağıdakı kimidir.

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği

Seriyası müxtəlif hərflərdən ibarət olduqda

Seriyası eyni hərflərdən ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500

2500

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000

1500

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500

1000

Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün dövlət qeydiyyat nişanlarının verilməsinə görə 11 manat məbləğində rüsumun ödənilməsi təklif olunur. Həmçinin, layihədə avtonəqliyyat vasitələrinə qeydiyyat şəhadətnamələri üçün nəzərdə tutulan rüsumların məbləğinin artırılması nəzərdə tutulub. Belə ki, avto-moto nəqliyyat vasitələri üçün rüsum 15 manatdan 17 manata qaldırılır. Traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün isə 5 manat rüsum təklif olunur. Həmçinin, yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi üçün tələb olunan rüsumun məbləği 5 manatdan 10 manata qaldırılır. Qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi ilə bağlı qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir