Avtomobillərin rahat hərəkəti üçün yeni prospektin tikintisinə başlanılacaq

Avtomobillərin rahat hərəkəti üçün yeni prospektin tikintisinə başlanılacaq
19:22 02.04.2013
806
Paytaxt ərazisində tezliklə yeni prospektin tikintisinə başlanılacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel salınacaq bu yeni yol sayəsində sürücülər şəhərin mərkəzindən Olimpiya stadionuna birbaşa, maneəsiz çıxış əldə edə biləcəklər. Sözügedən layihə artıq hazırdır və onu tikintisi Həsən Əliyev küçəsinin son hissəsindən başlayacaq. İşlər paralel olaraq, həm də Keşlə stansiyası yaxınlığında aparılacaq. Yolun hərəkət zolağının uzunluğu 7 km olacaq ki, burda müxtəlif təyinatlı yol ötürücüsü və tunellərin tikintisi nəzərdə tutulur. Avtomobillərin rahat hərəkət etməsi üçün yolda 6 zolağın salınması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR