AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi sürücülər maşının yaylarını kəsmədən sadəcə əridərək konstruksiyada dəşiklik edir. Avtomobil arxa hissəsi aşağı , önü isə yuxarı vəziyyətdə qalır. Sosial şəbəkələrdə yayılan bu görüntülərdə bəzi ustalar da sürücüləri qanun pozuntusuna təşviq edir.
Avtomobil ustaları deyir ki, son zamanalar belə müraciətlər artıb. Lakin bu dəyişiklik maşına çox zərər vurur.
Dəniz Ağabəylinin sözlərinə görə yayların əridilməsi və yaxud kəsilməsi həyatı təhlükə yaradır. Həmin avtomobil hərəkətdə olanda qəzalar qaçılmaz ola bilər.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirildi ki bu kimi hallar yolverilməzdir.










































