Avtoritet yaralandı: Mafiya savaşa başlayır

Avtoritet yaralandı: Mafiya savaşa başlayır
SOSİAL
10:28 14.11.2016
1420
 
Moskvada tacik mafiyası - avtoritetlər Hacı Abucabbar və Lutfulla tərəfdarları arasında müharibə başlayır. Axar.az xəbər verir ki, Rusiya mətbuatı yaxın günlərə qədər Abucabbar və Lutfullanın dost münasibətlərdə olduğunu yazıb. Abucabbar "Moskva”, "Yujnıy dvor”, "Sadovod”, o cümlədən müxtəlif bazarlarda çalışan tacik işçiləri nəzarətdə saxlayır.

Lutfulla da vaxtilə Abucabbarın Moskvada tacik mafiyası liderlərindən biri olmasına yardım edib, onun vuran əli sayılıb. Bunun nəticəsində külli miqdarda mükafat da əldə edib. Nəhayət, Abucabbar öz silahlı dəstəsini yaratdıqdan sonra müstəqil hərəkət etmək qərarı verib. Daha sonra Lutfullanın haqqını ciddi şəkildə azaldıb. Bu isə qarşı tərəfin narazılığına səbəb olub.

Bu ərəfədə Abucabbarın qəfildən Moskvadan getməsi və Lutfullanın hansısa qrup tərəfindən açılan atəşlə yaralanması vəziyyəti daha da dramatikləşdirib. Moskvaya qayıdan Abucabbar vəziyyəti izah edib ki, sənədlərini qaydaya salmaq üçün Tacikistana getməyə məcbur olub və diplomatik pasport alaraq geri qayıdıb. Ancaq Lutfulla və onun adamları bu versiyaya o qədər də inanmırlar.

Onlar Lutfullanın Abucabbarın sifarişi ilə güllələndiyini düşünürlər. Hazırda Lutfulla gizli şəkildə müalicə olunur. Müalicədən sonra onun cavab zərbəsi endirəcəyi gözlənilir. Abucabbar da əslində bu zərbəni qarşılamağa hazırlaşır, ona görə də cangüdənlərinin sayını bir neçə dəfə artırıb. Lutfulla keçmiş peşəkar hərbçidir, Tacikistanın xüsusi hərbi dəstəsinin komandiri olub. Onun dəstəsində keçmiş peşəkar hərbçilərin olduğu bildirilir. Abucabbar isə son vaxtlar böyük idmançı qrupları himayəsi altına alıb: onların yarışlarını təşkil edir, mükafatlar verir və s. "Əgər bu müharibə qızışsa, çoxsaylı qurbanlar gözlənilir”, - bu sözləri "Rosbalt”a Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib. 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır