‘Avtoş’luqda, ‘Təcavüzdə’, ‘MTN işi’ndə adları hallanır– Bayramdan sonra yola salınacaq icra başçıları (ADLAR)

‘Avtoş’luqda, ‘Təcavüzdə’, ‘MTN işi’ndə adları hallanır– Bayramdan sonra yola salınacaq icra başçıları  (ADLAR)
SİYASƏT
19:15 18.03.2016
7200

Bir çox rayon və şəhərin rəhbərlərinin görəvindən alınacağı artıq qətiləşib Ölkədə kadr islahatlarının davam edəcəyi artıq dəqiqləşib. Prezidentin sərəncamı ilə üç rayonun icra başçısının işdən çıxarılmasına bu gün biri daha əlavə olunub.Prosesin dayanacağı inandırıcı deyil və davam edəcəyi artıq qətiləşib. Belə ki, bu həftə içində tutarlı təyinatların olacağı gözlənilmir. Hakimiyyətdəki mənbələrdən çatan məlumatlara görə, prosesin bayramdan sonra davam etdirilməsi nəzərdə tutulub. Artıq bir çox icra başçılarının işdən çıxarılacağı və onların kimlərlə əvəzlənəcəyi dəqiqləşib. Mənbə bildirir ki, bayramdan sonra postlarını itirəcək məmurlar arasında Bərdənin icra başçısı Vidadi İsayevin olacağı gözlənilir. Amma belə bir ehtimal var ki, onu başqa bir rayona təyinat versinlər. Qoca Səmədovun Yevlaxdan çıxarıldıqdan sonra yeni işlə təmin olunub, olunmayacağı məlum deyil. Bəzi bilgilərə görə, onun fəaliyyətindən arxasında duran Elmar Vəliyev də narazıdır və bu səbəbdən də hər şey Gəncə merinin iki dodağının arasındadır. Ağcabədinin icra başçısı Şahin Məmmədovun durumu isə xeyli ağırdır. Çünki son devalivasiyadan sonra onun rəhbəri olduğu rayonda etirazlar keçirildi və indiyə qədər narazılıqlar qalmaqdadır. Füzulinin icra başçısı Alı Alıyevin də vəziyyəti yaxşı sayılmır. Onun da rəhbəri olduğu rayonda bir neçə etiraz aksiyası keçirilib. Əhali ilə son görüşlər isə effektivsiz alınmaqdadır. Bayramdan sonra işdən çıxarılacaq icra başçıları arasında Şamaxının rəhbəri Asif Ağayev, Aqstafanın icra başçısı Məhərrəm Quliyev, Zərdabın icra başçısı Lütfəli Babayev, Mingəçevirin icra başçısı Niyazi Bayramov və Kürdəmirin icra başçısı Ceyhun Cəfərov da var. Gələn məlumatlara görə, adları çəkilən icra başçılarının yenisi ilə əvəzlənəcəyi nəzərdə tutulsa da, onlara yeni vəzifələr verilməyəcək.

Politika.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi