Avtoxuliqanlıq nəticəsində qəza törədən şəxslər 12 il azadlıqdam məhrum edilə bilər
08:58 08.02.2013
834
Gecələr baş verən hadisələr tək kriminal xarakterli olmur. Gecələr yolları ralli ilə səhv salanlar da kifayət qədərdir. Özünə,sürdüyü maşına yazığı gəlməyib, o ki var sürət yığaraq yollarda az qala təkərləri alışdıran “avtoşlar” hərəkətə keçir. Amma ki, Cinayət Məcəlləsinə dəyişikliklər edilsə, şir ürəyi yeyib çətin ki, avtoxuliqanlıq edən tapılar.Avtoxuliqanlıq nəticəsində qəza törədən şəxslər 10 ildən -12 ilədək azadlıqdan məhrum edilə bilər. Bu məsələnin ən fəal tərəfdarı millət vəkili Rəfael Cəbrayılovdur. Onun sözlərinə görə, avtoxuliqanla ehtiyatsızlıq edib qəza törədən şəxsin cəzası Cinayət Məcəlləsində eyni olmamalıdır: “Söhbət təkcə avtoxuliqanlıqdan getmir. Mənim dediyim odur ki, avtoxuliqanın törətdiyi cinayətlə adi sürücünün əməli eyni qiymətləndirilməməlidir. Bu, Cinayət Məcəlləsində başqa maddə ilə cəzalanmalıdır”.Bakı avtoşlarından biri Talehdir. O, VAZ 2107 markalı avtomobili ilə 6 ildir ki, avtoşluq edir. Dediyinə görə, bu müddət ərzində cəmi 1 dəfə maşını zədələyib ki, onda da heç bir insanın həyatına təhlükə yaratmayıb. “Avtoşlar”la bağlı Cinayət Məcəlləsinə ediləcək dəyişikliyi o da eşidib. Taleh “avtoşlar”ın ağır cəzalandırılması ilə bağlı təklifləri narazılıqla qarşılayır.Adi sürücülərin isə bu təklifə fikri birmənalı deyil.